Cənubi Afrika
cənublu
OBASTAN VİKİ
Cənubi Amerika
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir.
Cənubi Amerika dırnaqlıları
Cənubi Amerika dırnaqlıları (lat. Meridiungulata) — plasentalı məməlilərə aid nəsli kəsilmiş heyvan dəstəüstü. Cənubi Amerikanın kaynazoy erasında cooğrafi izolyasiyası Cənubi Amerika dırnaqlıların nümayəndələri arsında əsaslı şəkildə təbəqələşmənin getməsinə səbəb oldu. Onlar arasında elə növlər var idi ki, müasir at, dəvə və kərgədanların hər birinə xas olan müəyyən xarici görünüşləri özündə əks elətdirirdi. Cənubi Amerika dırnaqlılarının ümumi əlaməti dişlərinin quruluşu və dırnaqlarının mövcudluğu olub. Bu heyvanlar otyeyən olub, yaşayış mühitindən asılı olaraq müxtəlif növ bitkilərlə qidalanıblar.
Cənubi Amerika fiziki
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir.
Cənubi Amerika mədəniyyəti
Tarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır. Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər. Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi.
Cənubi Amerika plitəsi
Cənubi Amerika plitəsi — Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitə. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktika plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib dənizi plitəsi və Şimali Amerikanın okeanik qabığı ilə həmsərhəddir. Çili üçqat qovşağında (üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir. Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska plitəsi Sakit okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir. Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Cənubi Amerika qızılquşu
Cənubi Amerika qızılquşu (lat. Falco femoralis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Cənubi Amerika qızılquşu orta ölçülü qızılquşdur. Uzunluqları 30-40 sm, qanadları açıq vəziyyətdə 90 sm, erkəklərinin kütləsi 200-300 q, dişilərin kütləsi isə 270-460 q-a arasında dəyişir. ABŞ-də Cənubi Amerika qızılquşundan ovlamada istifadə edilir.
Cənubi Amerika ölkələri
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cənubi Amerika Birləşmiş Vilayətləri
Cənubi Amerika Birləşmiş Vilayətləri (isp. Provincias Unidas de Sud América) — Cənubi Amerikada, 1810–1830-cu illərdə mövcud olmuş dövlət. Dövlət May inqilabı nəticəsində Rio-de-la-Plata vitse-krallığının (bəzən Rio-de-la-Plata birləşmiş vilayətləri adlanır) İspaniyadan müstəqillik elan etməsi ilə meydana gəlmişdir. Bu dövlətin ərazisi muasir Argentina, Uruqvay kimi dövlətlərin bütöv ərazisi və Boliviya, Braziliyanın müəyyən vilayətlərini özündə birləşdirirdi. Rio-de-la-Plata birləşmiş vilayətlərinin müstəqilliyi 25 may 1810-cu ildə May inqilabı zamanı baş verir. Bu zaman vitse kral qovulur və birnci xunta yaradılır. 9 iyun 1816-cı ildə San-Migel-dе-Tukumanda konqres Rio-de-la-Plata birləşmiş vilayətlərinin adının dəyişdirilərək Cənubi Amerika birləşmiş vilayətləri (isp. Provincias Unidas de Sud América) adlandırılmasına qərar verir və bu ad rəsmi olaraq 1920-ci ilə qədər qalır. 1825-ci ildə birləşmiş vilayətlərdən Boliviya ayrılır. 1828-ci ildə isə Argentina və Braziliya müharibəsi nəticəsində Sisplata vilayəti müstəqil Uruqvay dövlətinə çevrilir.
Cənubi Amerika Voleybol Konfederasiyası
Cənubi Amerika Voleybol Konfederasiyası (rum. Confederación Sudamericana de Voleibol, ixtisarı-CSV) — Cənubi Amerika materikində voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum. Materikdə az ölkə olması səbəbi ilə konfederasiyası ən az voleybol federasiyası abunəçisininə sahib voleybol konfederasiyasıdır. Cəmi on iki voleybol federasiyası bu qurumun nəzarəti altında fəaliyyət göstərir. Cənubi Amerika Voleybol Konfederasiyası ən qədim tarixə malik voleybol konfederasiyasıdır. Belə ki, konfederasiya hətta, FİVB-dan belə tez qurulumuşdur. Yaranma tarixinin 1946-cı ilə təsadüf etdiyi qurumun hansı ayda yarandığı isə şübhə doğurur. 12 aprel, 13 iyul tarixlərindən birində yaranması dəqiq olan CSV-nın ilk prezidenti Braziliya vətəndaşı olan Dr. Selio Neqreiros de Barros olmuşdur. Daha sonra isə sırası ilə perulu Xose Pezet Miro Quesada, uruqvaylı Luis Mateo Fernandez, kolombiyalı Boris Rodriqez, venesuelalı Xose Antonio Bermudez, argentinalı Rikardo Russomando və bir daha perulu Luis Moreno Qonzales preizdentlk vəzifəsini icra etmişdir.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar. Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər.
Cənubi Amerika ölkələrinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Amerika
ABŞ (ing. USA), Amerika Birləşmiş Ştatları (ing. United States of America), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı
Voleybol üzrə kişilərarası Cənubi Amerika çempionatı — Cənubi Amerika Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında keçirilən Cənubi Amerika çempionatı ilə paralel keçirilən turnir. Otuz dəfə təşkil edilən qitə çempionatında ən çox qalib gəlmiş komanda Braziliyadır. Qadınlardakı kimi kişilərdə də Cənubi Amerika regionuna "ağalıq" edən milli komandanın bu yarışlarda 29 qələbəsi vardır. Yalnız 1964-cü ildə çempion olmayan Braziliya komandası həmin turnirə qeyri-müəyyən səbəblərdən qatılmamışdır. Adı şəkilən ildə zəfər çalan Argentina yığması isə Braziliya xaricində Cənubi Amerika çempionluğu yaşayan ilk və tək ölkədir.
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı
Voleybol üzrə qadınlararası Cənubi Amerika çempionatı — Cənubi Amerika materikində keçirilən ən önəmli çempionat. Turnirin təşkilatçısı yerli Cənubi Amerika Voleybol Konfederasiyasıdır. İlk dəfə 1951-ci ildə təşkil olunan regional çempionatın qalibi bu regionun ən güclü və adlı-sanlı komandası sayılan ev sahibi Braziliya millisi olmuşdur. Turnirin ən çox qalib gəlmiş komandası da sambaçılardır. Onların aktivində düz 18 qızıl, 11 gümüş olmaq üzrə 29 medal vardır. Turnirdə ümumilikdə yalnız yeddi ölkə medal qazana bilmişdir. Son ildə iştirakçı ölkə sayı səkkizdən yuxarı çıxmır. Cənubi Amerika çempionatı digər qitə birinciliklərində olduğu kimi iki ildən bir təşkil edilir. Ancaq 1969-cu ilə qədər turninin fərqli inteval üzrə keçirildiyin də görmək mümkündür. Cənubi Amerika çempionatına ən çox təşkilatçılıq etmiş ölkə isə Braziliyadır.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cənubi Ostrobotniya
Cənubi Ostrobotniya (fin Etelä-Pohjanmaa; isv. Södra Österbotten) — Finlandiyanın 19 regionundan biridir. Ostrobotniya, Mərkəzi Ostrobotniya, Mərkəzi Finlandiya, Pirkanmaa və Satakunta regionları ilə sərhəddir. Seynyayoki regionun mərkəzi və ən böyük şəhəridir. Cənubi Ostrobotniya regionunun 15 bələdiyyəsi var ki, bunlardan 8-i şəhər statusu alıb. Bir sıra şəxsər Cənubi Ostrobotniya regionunu bütün dünyada tanıtmışdılar. Məsələn, The Dudesons və ənənəvi Finland sviteri Jussishirt Cənubi Ostrobotniya dedikdə ilk ağıla gəlinəcək şəxslər və əşyalardır. Finlandiyanın ən böyük rok qruplarından biri Provinssirock və dünyanın ən qədim tanqo festivalı olan Tangomarkkinat regionun Seynyayoki şəhərində keçirilir.
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənubi Pireney
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Cənubi Savoniya
Cənubi Savoniya və ya rəsmi olaraq Cənubi Savo (fin Etelä-Savo; isv. Södra Savolax) - Finlandiyanın vilayətidir. Bu vilayət Şimali Savoniya, Şimali Kareliya, Cənubi Kareliya, Kyumenlaakso, Pyayat-Hyame və Mərkəzi Finlandiya ilə əhatələnib. Cənubi Savoniya Finlandiya göllər bölgəsinin mərkəzindədir və Finlandiyanın ən böyük gölü olan Sayma gölü də bu vilayətdə yerləşdir. Vilayət 12 kommunadan ibarətdir. Mikkeli, Savonlinna və Pieksyamyaki kommunalarının şəhər statusu var. Yerli mətbəxi, adətən, kartof püresi ilə servis edilən qızardılmış kiles balığı və lyortsi adlanan yarımdairəvi şirniyyatı ilə məşhurdur. Southern Savonia (official site).
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Cənubi Sumatra
Cənubi Sumatra (ind. Sumatera Selatan, qısaldılmış olaraq Sumsel) — İndoneziya əyalətidir. Sumatra adasının cənub-şərqində yerləşən, əyalət 91.592.43 km² (35.364 kvadrat mil) əhatə edir və 2010-cu il siyahıyaalınmasında 7.450.394 əhalisi var; son rəsmi qiymətləndirmə 10,675,862 (May 2015-ci il tarixinə). Vilayətin paytaxtı Palembanqdır. Vilayət şimaldan Cambi, qərbdən Benqkulu və cənubdan Lampunq ilə həmsərhəddir. Şərqdəki Banqka boğazı Cənubi Sumatra və Banqka Belitunq Adaları əyalətinə daxil olan Banqka adasını ayırır. Bu əyalət təbii sərvətlərlə, məsələn, neft, təbii qaz və kömürlə zəngindir. Vilayət çox müxtəlif etnik qrupların yaşadığı üçün çox müxtəlifdir. Malaylar əyalətdə dominant etnik qrupdur. Onların əksəriyyəti həm İndoneziya, həm də siravi malay üçün qarşılıqlı əlaqəsiz olan Palembanq Malay dilində danışdılar.